Serb müdafiəçi Branislav İvanoviç "Zenit"dən ayrılıb.
Sportal.az klubun saytına istinadla xəbər verir ki, 36 yaşlı futbolçunun başa çatan müqaviləsi uzadılmayıb. Sankt-Peterburq klubu təcrübəli futbolçuya təşəkkür edib və yolların ayrıldığını açıqlayıb.
"Çelsi"nin keçmiş futbolçusu 2017-ci ildən "Zenit"də oynayırdı.
saytlarin hazirlanmasi