Sayılmayan qola görə Premyer Liqa ilə vidalaşan "Bornmut" etiraz edəcək

14:14 - 30 İyul 2020

İngiltərə Premyer Liqasını sonuncu turda tərk edən "Bornmut" federasiyaya şikayət edəcək.

 

Sportal.az xəbər verir ki, "gilaslar" çempionat çərçivəsində iyunun 17-də keçirilən "Aston Villa" - "Şeffild Yunayted" matçında qol texnologiyası çalışmadığı üçün nrazılıq edir.

 

Həmin matçda "Şeffild Yunayted" son dəqiqədə qol vursa da, bu, hesaba alınmamışdı. Buna səbəb qol texnologiyasının həmin oyunda işləməməsi olub. İngiltərə Futbol Federasiyası hətta səhvini qəbul edib, üzr istəmişdi.

 

"Aston Villa"nın bu oyunda qazandığı bir xal yekunda "Bornmut"un Çempionşipə düşməsinə səbəb olub.

Xəbər xətti