Co Hart "Seltik" yolunda

15:15 - 31 İyul 2020

Şotlandiyanın "Seltik" klubu İngiltərə millisinin keçmiş qapıçısı Co Hartı transfer etmək istəyir.

 

Sportal.az xəbər verir ki, Qlazqo təmsilçisi "Börnli" ilə müqaviləsi bitən 33 yaşlı qolkiper üçün hərəkətə keçib. Təcrübəli qolkiperlə danışıqlar uğurlu tamamlansa, 2 illik müqavilə imzalanacağı gözlənilir.

 

Hart "Mançester Siti", "Birmingem", "Torino" və "Vest Hem" kimi klublarda çıxış edib. İngilis qolkiper 2018-ci ildə "Börnli"yə keçib. O, İngiltərə millisində 75 oyun keçirib.

Xəbər xətti