Almaniya millisinin keçmiş futbolçusu Benedikt Hövedes karyerasını bitirib.
Sportal.az xəbər verir ki, bunu 32 yaşlı müdafiəçi "Spiegel" nəşrinə açıqlamasında bu barədə qərar verdiyini deyib: "Futbolda çox pul qazandım. Bahalı saatlar, maşınlar həyat tərzimə uyğun deyil. Artıq peşəkar futbolçu olmaq üçün mübarizə aparmayacağam. Son iki ildə "Lokomotiv"də 50 oyun keçirdim, kuboklar qazandım.
Son zamanlar Fransanın cənubunda ailəmlə dincəlirdim. Oğlumla keçirdiyim zamanın mənə necə hisslər yaşatdığını gördüm. Bundan sonra futbol mənə mənasız gəldi. Oğlumun 2 yaşı var və Moskvada nadir hallarda onun yanında olurdum. Ailəm üçün çox darıxırdım. Bu, çox çətin qərardır. Futboldan həmişə zövq almışam. Bəlkə də pandemiya dönəmində keçirilən oyunlarda çox təsirləndim.
Hövedes "Şalke", "Yuventus" və "Lokomotiv" (Moskva) klublarında çıxış edib. O, 2014-cü ildə Almaniya millisində dünya çempionatının qalibi olub.
saytlarin hazirlanmasi