Karanka İngiltərə klubunun baş məşqçisi təyin edildi

15:15 - 1 Avqust 2020

İngiltərənin "Birmingem" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, Çempioşip təmsilçisini bundan sonra Aytor Karanka çalışdıracaq. İspaniyalı mütəxəssisin müqavilə şərtləri açıqlanmayıb.

 

46 yaşlı çalışdırıcı "Nottingem Forest", "Midlzbro" və İspaniyanın U-16 millisinin baş məşqçisi olub. O, 2010-2013-cü illərdə "Real"da Joze Mourinyonun köməkçisi olub.

Xəbər xətti