"Səbail" iki futbolçunun sözləşməsini uzatdı

18:33 - 1 Avqust 2020

“Səbail” iki futbolçusu – Vüqar Bəybalayev və Mirsayib Abbasovun müqaviləsinin müddətini artırıb.

 

Sportal.az xəbər verir ki, hər iki futbolçunun müqaviləsi 2020/21 mövsümünün sonunadək uzadılıb.

 

“Dənizçilər” daha öncə Orxan Qurbanlı, Bahadur Həziyev, Adil Nağıyev, Peyman Keşavarz, Elçin Rəhimli, Rauf Əliyev, Mabidi Çikito Lema, Elxan Əhmədov, Kamal Bayramov və Rahid Əmirquliyevlə də müqavilə yeniləmişdi.

Xəbər xətti