Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi yığma üzvlərinə səslənib.
Sportal.az xəbər verir ki, 64 yaşlı italiyalı mütəxəssis bunu qeyd edib:
"Salam, uşaqlar. Artıq Millətlər Liqasının başlanmasına 34 gün qalır. Lakin hələ də tanış olmamışıq. Ona görə də sizinlə görüşü səbirsizliklə gözləyirəm. Çünki heyətlə bağlı qərarlar verməliyəm. Bu qərarlar isə sizdən asılıdır: sizin davranışınız, komandaya olan münasibətiniz, komanda üçün bütün çətinliklərə hazır olmağınız, qürurla milli yığmanı böyük zirvələrə aparmaq hissi. Tezliklə görüşənədək".
saytlarin hazirlanmasi