İngiltərə Premyer Liqasında iyul ayının ən yaxşı futbolçusu və baş məşqçisi açıqlanıb.
Sportal.az xəbər verir ki, “Vest Hem”in hücumçusu Maykl Antonio bu mükafatı qazanıb. 30 yaşlı ingilis hücumçu iyulda keçirdiyi 7 oyunda 8 qol vurub, 1 məhsuldar ötürmə edib.
“Sauthempton”un çalışdırıcısı Ralf Hasenhüttl isə ayın ən yaxşı baş məşqçisi seçilib. Komanda almaniyalı mütəxəssisin rəhbərliyi ilə keçirdiyi 6 oyunda uduzmayıb.
saytlarin hazirlanmasi