"Ştutqart" ötən mövsüm "Qarabağ"a icarəyə verdiyi Aylton Silva ilə bağlı qərar qəbul edib.
Sportal.az xəbər verir ki, Bundesliqaya vəsiqə qazanan klub 25 yaşlı futbolçunu satışa çıxarıb. Braziliyalı müdafiəçinin komandada rəqabət aparmaq gücündə olmadığını düşünən rəhbərlik futbolçuya klub tapmağı tapşırıb.
Aylton Silvanın müqaviləsi 2021-ci ilin yayında başa çatacaq. O, ötən mövsüm Ağdam klubunda keçirdiyi 27 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi