İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün ən yaxşı futbolçusu adına yeddi namizəd açıqlanıb.
Sportal.az xəbər verir ki, çempion “Liverpul”dan Cordan Henderson, Sadio Mane və Trent Aleksander-Arnold ən yaxşı futbolçu adına iddialıdırlar.
“Börnli”nin qapıçısı Nik Poup, “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Brüyne, “Sauthempton”un hücumçusu Denni İnqs və “Lester Siti”nin forvardı Ceymi Vardi də namizədlər siyahısındadır.
Azarkeşlər Premyer Liqanın rəsmi saytında səsvermədə iştirak edə bilər.