Xaqani Məmmədov "Qəbələ"nin əsas komandasnda

12:27 - 8 Avqust 2020

“Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik edilib.

 

Sportal.az xəbər verir ki, klubun futbol akademiyasında çalışan Xaqani Məmmədov fəaliyyətini əsas komandada davam etdirəcək. 44 yaşlı mütəxəssis “qırmızı-qaralar”ın məşqçisi təyin olunub.

 

2012-ci ildən “Qəbələ”nin futbol akademiyasında məşqçi kimi çalışan Məmmədov bu müddətdə müxtəlif yaş qrupu üzrə komandalarda fəaliyyət göstərib. Onun baş məşqçisi olduğu U-16 2019/20 mövsümündə çempion adını qazanıb.

 

Futbolçu kimi Azərbaycan milli komandasının da şərəfini qorumuş (1997-2008), karyerası ərzində “Neftçi”, “Xəzər” (Sumqayıt), MOİK, “ANS-Pivani”, “Şəmkir”, “Maşınsazi” (İran), “Xəzər Lənkəran”, “Olimpik”, “İnter” və “Karvan”ın formasını geyinib. O, 2007/08 mövsümündə Premyer Liqanın ən yaxşı bombardiri adını qazanıb.

 

Bunadək Elmar Baxşıyevin başçılıq etdiyi məşqçilər korpusunda yer alan Azər Bağırovun “Qəbələ”dəki fəaliyyəti başa çatıb. 2019-cu ilin oktyabrından klubumuzda çalışan məşqçi 2019/20 mövsümündə əsas komandada məşqçi kimi fəaliyyət göstərib.

Xəbər xətti