"Keşlə"də braziliyalı hücumçu

21:45 - 9 Avqust 2020

“Keşlə” növbəti transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, braziliyalı hücumçu Silvio Rodriges Perreyra Junior mövsümün sonuna qədər "qırmızılar"ın şərəfini qoruyacaq.

 

Karyerası ərzində Braziliyanın “Batatais”, Ukraynanın “Çernomorets” və Slovakiyanın “Zlata Morevtse” klublarında oynamış 26 yaşlı futbolçu son olaraq Albaniyanın “Vlajniya” komandasında çıxış edib. O, ötən mövsüm keçirdiyi 15 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

Xəbər xətti