Ötən həftə gözlənilmədən Tərlan Əhmədovla yolları ayıran “Keşlə”ni Avropa Liqasının I təsnifat mərhələsində "Laçi" ilə oyuna çıxaracaq şəxs bəlli olub.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi müvəqqəti olaraq, köməkçi məşqçi Zaur İsmayılova həvalə olunub. İsmayılov komandanı Albaniya klubu ilə görüşə çıxaracaq. Əgər "qırmızılar" mərhələni adlasa, 42 yaşlı mütəxəssis baş məşqçi postunda qalacaq.
"Keşlə" - "Laçi" görüşü avqustun 27-də Bakıda baş tutacaq.
saytlarin hazirlanmasi