De Byazi Elxan Məmmədovla görüşdü - FOTOLAR

17:17 - 11 Avqust 2020

AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov millinin baş məşqçisi Canni De Byazi ilə görüşüb.

 

Sportal.az xəbər verir ki, görüşdə milli komanda ilə bağlı bir sıra məsələlər müzakirə olunub, Millətlər Liqası və dünya çempionatının seçmə mərhələsi barədə fikir mübadiləsi aparılıb.

 

Canni De Byazi millinin baş məşqçisi vəzifəsində İcraiyyə Komitəsindən ona göstərilən etimada görə təşəkkür edib.

 

Elxan Məmmədov baş məşqçi ilə görüşüb

 

Xəbər xətti