Moskva ÇSKA-sının hücumçusu İlya Şkurin Belarus millisində oynamaqdan imtina edib.
Sportal.az xəbər verir ki, 20 yaşlı hücumçu "Instagram" hesabında Belarus prezidenti "seçilən" Aleksandr Lukaşenkonun istefa verməyəcəyi halda, qərarını dəyişməyəcəyini qeyd edib:
"Sosial şəbəkədə millinin geniş siyahısına salınacağımı öyrəndim. Buna görə də cavabımı yazıram: Lukaşenkonun diktator rejimi qüvvədə olduğu müddət milli komandanın maraqlarını təmsil etməkdən imtina edirəm. Yaşasın Belarus!"
Aleksandr Lukaşenko 6-cı dəfə ölkə prezidenti "seçilib". Xalq diktator rejimə qarşı olduğu üçün Minsk və digər şəhərlərdə etirazlar edir. Aksiyalarda bir çox idmançı da iştirak edib.
saytlarin hazirlanmasi