"Bayern"in müdafiəçisi Alfonso Deyvis Çempionlar Liqasının 1/4 finalında "Barselona"ya 8:2 hesabı ilə qalib gəldikləri oyundan sonra Lionel Messidən formasını istəyib.
Sportal.az xəbər verir ki, 19 yaşlı kanadalı futbolçu açıqlamasında argentinalı hücumçudan cavab almadığını bildirib:
"Messinin yanına getdim və formasını istədim, ancaq mənə cavab vermədi. Deyəsən, bir az üzgün idi. Ümid edirəm ki, növbəti dəfə ondan formanı alacağam".
saytlarin hazirlanmasi