Yunanıstanın “Atromitos” klubunun futbolçusu Əmir Ağayev Azərbaycan millisinə dəvət alıb.
Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi avqust 31-dən sentyabrın 8-dək keçiriləcək millinin toplanışına çağırılıb.
Azərbaycan yığması yeni baş məşqçisi Canni De Byazinin rəhbərliyi ilə Millətlər Liqasında sentyabrın 5-i Lüksemburqu qəbul edəcək, 3 gün sonra Kiprin qonağı olacaq.
saytlarin hazirlanmasi