Premyer Liqanın 1-ci turunda keçirilən “Sumqayıt” – “Keşlə” qarşılaşmasını (0:1) milli komandanın yeni baş məşqçisi Canni De Byazi də izləyib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis matçdan sonra “gənclik şəhəri” təmsilçisinin prezidenti Riad Rəfiyevlə də görüşüb.
“Kimyaçılar”ın rəhbəri 64 yaşlı baş məşqçiyə “Sumqayıt”ın 22 nömrəli formasını hədiyyə edib.
saytlarin hazirlanmasi