Elmar Baxşıyev: "Rəhbərliyə xahiş və tələbimi çatdırmışam ki, yeni transferlər lazımdır"

21:13 - 23 Avqust 2020

Azərbaycan Premyer Liqasının I turunda evdə “Zirə” ilə heç-heçə edən “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az xəbər verir ki, o, öncə oyunu şərh edib:
 
- Uzun müddət sonra futbola qayıtmağımız sevindiricidir. Əlbəttə, asan olmayacağını bilirdi. Çatışmazlıqlar var, amma vaxt getdikcə daha güclü “Qəbələ” görəcəyik.
 
- “Zirə” qələbəyə daha yaxın idi, yoxsa “Qəbələ” heç-heçəyə? 
- Ümumi götürsək, ilk oyunlar çətin olur. “Qəbələ” və “Zirə” hücumameyilli oynadı. Mən bu nəticəni ədalətli hesab edirəm. İnanıram ki, getdikcə formalaşcağıq və yaxşı oynayacağıq. Rəhbərliyə öz xahiş və tələbimi çatdırmışam. Güclənməyə ehtiyac var. Yeni oyunçuların gəlməsi gözlənilir.
 
- Raysel mərkəz hücumçusu olsa da, bu gün vinger kimi oynadı. Bu, cinah oyunçusunun yoxluğuna görə atılmış addımdır?
- Raysel hücumçunun arxasında oynadı. O, keyfiyyətli oyunçudur. Hücumun hər mövqeyində oynamağı bacarır. Bu gün rəqibə uyğun sistem seçmişdik. Rayselin bir az arxada oynamağı uyğun idi.
 
- Neçə transfer gözlənilir?
- Gedənlərin yerini doldurmağı planlaşdırırıq.  Klesio Baukla Fernan Lopesin yerini doldura bilməmişik. Axtarışlarımız davam edir.

Xəbər xətti