İngiltərə millisinin üzvü "Lester Siti" ilə müqaviləsini uzatdı

23:14 - 24 Avqust 2020

İngiltərənin "Lester Siti" klubu yarımmüdafiəçisi Ceyms Məddisonun müqaviləsini uzadıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, 23 yaşlı futbolçu ilə 4 illik sözləşmə bağlanılıb.

 

"Tülkülər" İngiltərə millisinin üzvünü 2018-ci ildə "Norviç Siti"dən 25 milyon avroya transfer edib. Məddison Premyer Liqa təmsilçisində keçirdiyi 76 oyunda 16 qol vurub.

Xəbər xətti