Fransanın "Nitsa" klubu ilə müqaviləsi başa çatan Malanq Sarr karyerasını "Çelsi"də davam etdirəcək.
Sportal.az "Telefoot"a istinadla xəbər verir ki, 21 yaşlı futbolçu London təmsilçisi ilə 4 illik razılığa gəlib. Fransanın U-21 millisinin üzvü tezliklə Londona yollanıb, tibbi müayinədən keçəcək.
Seneqal əsilli fransalı mərkəz müdafiəçisi "Nitsa"nın yetirməsidir.
saytlarin hazirlanmasi