"Bohum"un futbolçusu Fransa ilə oyun üçün milliyə çağırıldı

11:24 - 25 Avqust 2020

Almaniyanın II Bundesliqa təmsilçisi "Bohum"un futbolçusu Barış Ekincier Azərbaycanın U-21 millisinə dəvət alıb.

 

Sportal.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Avropa çempionatının seçmə mərhələsidə Fransa ilə keçiriləcək oyun üçün yığmaya çağırılıb.

 

Azərbaycan - Fransa oyunu sentyabrın 7-də Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək. Tərəflərin ilk görüşündə fransızlar 5:0 hesablı qələbə qazanmışdı.

Xəbər xətti