Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” bu gün turnirdə 2-ci təsnifat mərhələsinin oyunununa çıxıb.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Moldovanın “Şerif” klubunu qəbul edib və 2:1 hesabı ilə qalib gələrək Üçüncü mərhələyə adlayıb.
Bu, “Qarabağ”ın avrokuboklarda “Şerif”lə 3-cü dueli olub. Ağdamlılar 2017/18-ci il mövsümündə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şerif”i mübarizədən kənarlaşdırmışdı (0:0, 2:1). "Köhlən atlar" növbəti dəfə Avropa Liqasının pley-off mərhələsində tiraspollularla üz-üzə gəlib. 2018/19 mövsümündəki duellərdə də “Qarabağ” üstün tərəf olaraq (0:1, 3:0) qrup mərhələsinə yüksəlib.
Çempionlar Liqası, II təsnifat mərhələsi
26 avqust
20:00 Qarabağ Ağdam (Azərbaycan) - Şerif Tiraspol (Moldova) - 2:1
Qollar: Uroş Matiç, 22 (pen), Mahir Emreli, 63 - Frank Kastanyeda Veles, 78
Qırmızı vərəqə: Anatol Abanq, 37 ("Şerif")
Baş hakim: Nikolay Balakin
Köməkçi hakimlər: Viktor Matyaş, Sergey Pristupa
Dördüncü hakim: Andrey Kovalenko (hamısı Ukrayna)
Hakim-inspektor: Mixal Beneş (Çex Respublikası)
UEFA nümayəndəsi: Aleksandr Aleynik (Belarus)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.