Dmitri Nazarov milliyə gəlməkdən imtina etdi

12:50 - 26 Avqust 2020

Almaniya II Bundesliqa təmsilçisi "Ersgebirge"nin futbolçusu Dmitri Nazarov Azərbaycan millisinin Millətlər Liqasındakı oyunları üçün yığmaya çağırılıb.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi açıqlamasında milliyə gəlməkdən imtina etdiyini deyib. O, koronavirus pandemiyasına görə bu qərarı verdiyini deyib:

 

"Millidən dəvət aldım, amma Bakıya getməyəcəyəm. Hazırda koronavirusa yoluxmalar çoxdur. Təhlükəsizliyim daha vacibdir. Azərbaycan risk zonasında yer alır. Buradan uçuşlar asan deyil. Yığmanın məşqçisi ilə danışdım və evdə qalmağa qərar verdim. Əgər vəziyyət düzəlsə, oktyabrda milliyə dönəcəyəm".

 

Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburqü qəbul edəcək, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.

Xəbər xətti