Obradoviç AFFA-ya etiraz etdi: "Fransa ilə oyuna kimi çıxarım?"

14:50 - 26 Avqust 2020

Azərbaycanın U-21 millisinin baş məşqçisi Milan Obradoviç AFFA rəhbərliyinə etiraz edib.

 

Sportal.az-ın məlumatına görə, serbiyalı mütəxəssis U-21-dən bir neçə futbolçunun əsas yığmaya dəvət almağından narazı qalıb. Obradoviç "Mən Fransa ilə oyuna kimi çıxaracağam?", - deyərək federasiya rəsmilərinə etraz edib.

 

O, Ömər Buludov, Amin Seydiyev, İsmayıl İbrahimli, Renat Dadaşov və Ozan Can Kökcünün U-21-ə lazım olduğunu bildirib.

 

Federasiyadan 42 yaşlı mütəxəssisə bildirilib ki, bu, komandanın baş məşqçisi Canni De Byazinin seçimidir. Fransa ilə oyun üçün Amin Seydiyev, İsmayıl İbrahimli və Ozan Can Kökcünün U-21-ə göndəriləcəyi ehtimalı var.

 

Renat Dadaşov U-21-in onun səvviyəsinə uyğun gəlmədiyini hələ ötən il AFFA rəhbərliyinə demişdi. O, Azərbaycana yalnız əsas milli üçün gələcəyini federasiyaya çatdırmışdı.

 

Azərbaycan - Fransa qarşılaşması sentyabrın 7-də Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək.

Xəbər xətti