Koronavirusa görə Azərbaycan millisindən kənarlaşdırıldı

18:00 - 26 Avqust 2020

Almaniyanın “Bohum” klubunun üzvü Barış Ekincier Azərbaycanın U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində Fransaya qarşı keçirəcəyi oyun üçün təşkil olunacaq təlim-məşq toplanışında iştirak etməyəcək.

 

Sportal.az AFFA-ya istinadla xəbər verir ki, buna səbəb “Bohum” klubunun 6 üzvündə koronavirus aşkarlanmasıdır.

 

Bundesliqanın əsasnaməsinə və federal qanunlara uyğun olaraq, komandanın bütün məşqçi, futbolçu və inzibati heyəti üçün 14 günlük karantin rejiminin tətbiq olunub.

 

Azərbaycan - Fransa oyunu sentyabrın 7-də Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək.

Xəbər xətti