"Fənərbaxça" uruqvaylı futbolçunun transferini açıqladı

18:18 - 26 Avqust 2020

"Fənərbaxça" yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi İspaniyanın "Las Palmas" klubunun müdafiəçisi Maurisio Lemosu rənglərinə bağlayıb. Uruqvaylı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

 

"Fənərbaxça"nın 24 yaşlı futbolçunun transferi üçün 1,5 milyon avro təzminat ödəyib. Lemosun illik maaşı 850 min avro olacaq.

 

Uruqvay millisinin üzvü ötən mövsüm keçirdiyi 27 oyunda 1 qol vurub.

Xəbər xətti