"Keşlə" mübarizəni dayandırdı - YENİLƏNİB

23:47 - 27 Avqust 2020

Avropa Liqasında I təsnifat mərhələsinin oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Keşlə" Albaniyanın "Laçi" klubunu qəbul edib. Oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 0:0. Penaltilər seriyasında isə qonaqlar 5:4 hesabı ilə qalib gələrək II mərhələyə yüksəlib.

 

Bu, rəqiblərin Avropa Liqasında ikinci duelidir. Paytaxt təmsilçisi "İnter" adlanarkən - 2015/16 mövsümündə "Laçi"ni mübarizədən kənarlaşdırmışdı (0:0/1:1).

 

Avropa Liqası

II təsnifat mərhələsi

27 avqust

 

21:00. “Keşlə” (Azərbaycan) – “Laçi” (Albaniya) - 0:0 (əlavə vaxt) (pen. 4:5)

Qırmızı vərəqələr: Şəhriyar Əliyev, 112 - Lukas Ramos, 72

Hakimlər: Qoqa Kikaçeyşvili, Davit Qabisoniya, Davit Axvlediani, İrakli Kvirikaşvili (hamısı Gürcüstan)
Bakı. “ASK Arena”

 

"Keşlə": 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov (k), 21. Miyuşko Boyoviç, 4. Şəhriyar Əliyev, 19. Azər Salahlı, 25. Con Kamara, 48. Dmitro Klots, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 23. Artur Batista, 42. Aleşandre Kriştovao;

 

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 8. Tural Axundov, 10. Cavid İmamverdiyev, 14. Turan Vəlizadə, 11. Rodriqes Pereyra Junior, 18. Ruslan Əmircanov;

 

Baş məşqçi: Yunis Hüseynov.

 

"Laçi": 31. Alan Şerri, 11. Radolf Türkay, 55. Aleksandar İqnyatoviç (Serbiya), 66. Adolf Selmani, 22. Albon Marku, 8. Lukan Ramos De Oliveyra (Braziliya), 10. Regi Luşkya, 21. Artid Deliu, 7. Redon Cixa, 95. Teko, 9. Kiryan Nvabueze;

 

Ehtiyat oyunçular: 1. Edmir Sali, 13. Renato Malota, 18. Dorian Kerçiku, 14. Mertor Mazrekay, 23. Donald Rapo, 24. Endrit Marku, 77. Kleydi Rapo;

 

Baş məşqçi: Armando Kunqu.

Xəbər xətti