AFFA "Başakşəhər"in daha bir futbolçusunu milliləşdirdi

14:01 - 27 Avqust 2020

Türkiyənin "Başakşəhər" klubunun müdafiəçisi Mert Çelik Azərbaycanın U-21 millisinə dəvət alıb.

 

Sportal.az xəbər verir ki, 20 yaşlı futbolçu yığmaya ilk dəfə çağırılıb.

 

Daha öncə federasiya "Başakşəhər"in digər futbolçusu Əmrə Kaplanı millilləşdirmişdi. 19 yaşlı sol cinah müdafiəçi U-21 millisinin Fransa ilə keçirəcəyi matça çağırılıb.

 

İlin əvvəlində milliləşdirilən "Alanyaspor"un hücumçusu Mustafa Yıldırım da U-21-ə dəvət alıb. O, bundan əvvəl U-19-a çağırılmışdı.

 

Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində sentyabrın 7-də "Kapital Bank Arena"da Fransanı qəbul edəcək.

Xəbər xətti