"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsini də keçəcəyi təqdirdə pley-offdakı potensial rəqibləri bəllidir.
Sportal.az xəbər verir ki, raundun püşkü III təsnifat mərhələsi yekunlaşmadığından atılacağı üçün Azərbaycan təmsilçisinin səpələnməmişlər səbətində yer alacağı dəqiqləşib. Bu isə o deməkdi ki, Ağdam təmsilçisi növbəti rəqibini mübarizədən kənarlaşdırsa, qrupun bir addımlığında daha güclü rəqiblə üz-üzə gələcək.
"Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bunlardır: "Zalsburq" (Avstriya), "Olimpiakos" (Yunanıstan), "Slaviya" (Praqa, Çexiya) və "Dinamo"nun (Zaqreb, Xorvatiya) yer alacağı cütün qalibi.
"Qarabağ" III təsnifat mərhələsində bu komandalardan biri ilə üz-üzə gələcək: "Molde" (Norveç), "Midtyulland" (Danimarka), "Ferensvaroş" (Macarıstan), "Omoniya" (Kipr), "Dinamo" (Brest, Belarus).
III təsnifat mərhələsinin püşkü avqustun 31-də, pley-offun püşkü isə sentyabrın 1-də atılacaq.
saytlarin hazirlanmasi