AFFA Yunanıstanın "Atromitos" klubunda çıxış edən Əmir Ağayevin Azərbaycan millisində çıxış edə bilməsi üçün müvafiq qaydada FIFA-ya müraciət ünvanlayıb.
Sportal.az xəbər verir ki, hazırda məsələyə FIFA-nın müvafiq komissiyasında baxılır və AFFA ilə FIFA arasında zəruri sənədlərin dövriyyəsi davam edir.
Azərbaycan yığmasının Millətlər Liqasında sentyabrın 5-də və 8-də keçirəcəyi oyunlara hazırlıq məqsədilə təlim-məşq toplanışına artıq avqustun 27-dən etibarən start verilməsi və yuxarıda qeyd olunan məsələ ilə bağlı FIFA-dan hələ ki yekun qərarın qəbul olunmaması nəzərə alınaraq, Əmir Ağayev təlim-məşq toplanışında iştirak etməyəcək.
saytlarin hazirlanmasi