Azərbaycan millisinə dəvət alan Ozan Can Kökçünün qardaşı Orkun Kökçü Türkiyə yığmasına çağırıldı. Bir qardaş Azərbaycan, digər isə Türkiyə millisində oynayacaq. Futbolçuların atası Halis Kökçü Sportal.az-a açıqlamasında buna görə fəxr etdiyini bildirib:
"Çox qürur duyuram. Allah hər valideynə belə fəxr etməyi nəsib etsin. Övladlarım qitənin ən köklü klubunda yetişiblər. Onlar Avropa mədəniyyətinin mərkəzində olsalar da, əsl türkdürlər. Biri Azərbaycan, digəri də Türkiyə yığmasında oynamağın qürurun, şərəfin, məsuliyyətin və zövqünü yaşayır. İki dövlət, bir millətik. Orkun Ozanın Azərbaycan millisində oynamasına sevinir və qürur duyur. Bizə bu qardaşları alqışlamaq və dəstəkləmək düşür".
Orkun "Feyenoord"un yetirməsidir və o, əsas komandanın aparıcı üzvüdür. 19 yaşlı yarımmüdafiəçi ötən gün Şənol Günəşin rəhbərlik etdiyi Türkiyə millisinə dəvət alıb.
Ozan Can da "Feyenoord"da yetişib və o, ötən il "Sabah" klubuna keçib. 22 yaşlı yarımmüdafiəçi U-21 millisindən sonra Azərbaycan yığmasına dəvət aldı.
saytlarin hazirlanmasi