"Bayern"in hücumçusu Robert Levandovski gələcək karyerasından danışıb.
Sportal.az "Kicker"ə istinadla xəbər verir ki, polşalı futbolçu 40 yaşına qədər futbol oynayacağını deyib:
"Bayern"lə 2023-cü ilə qədər müqaviləm var, ancaq bu, son sözləşməm deyil. Burada karyeramı bitirmək istəyirəm. Ancaq qarşıda çox illər var. 32 yaşım olsa da, özümü belə hiss etmirəm. Özümü 26 yaşımdakı halımdan da yaxşı hiss edirəm. Son illərdə optimal səviyyəyə qalxmışam. Bəlkə də daha 8 il oynaya bilərəm. 40 yaşıma qədər oynayacağımı hiss edirəm".
Levandovski ötən mövsüm keçirdiyi 46 oyunda 55 qol vurub, 10 məhsuldar ötürmə edib. 32 yaşlı futbolçu komandası ilə Bundesliqa, Almaniya kuboku və Çempionlar Liqasının qalibi olub.
saytlarin hazirlanmasi