"Bayern" Koutinyo ilə bağlı qərar verdi

17:39 - 2 Sentyabr 2020

"Bayern" "Barselona"dan icarəyə götürdüyü Filippe Koutinyo ilə bağlı qərar verib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, Münhen təmsilçisi braziliyalı yarımmüdafiəçinin transfer hüququna yiyələnməyib.

 

27 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu "Barselona"ya qayıdıb.

 

Katalonlar Koutinyonu 2018-ci ilin yanvarında "Liverpul"dan 145 milyon avroya transfer edib. Braziliya millisinin üzvü 2019-cu ilin yayında "Bayern"ə icarəyə verilmişdi.

Xəbər xətti