Essyenin yeni klubu məlum oldu

15:09 - 9 Sentyabr 2020

"Səbail"dən ayrılan Maykl Essyenin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, qanalı yarımmüdafiəçi Danimarkanın "Norşellan" klubunda baş məşqçi Fleminq Pedersenin köməkçilərindən biri olacaq. 37 yaşlı futbolçunun oynayan-məşqçi olacağı açıqlanıb.

 

Essyenlə 1 illik müqavilə imzalanıb. Ulduz futbolçu "Bastiya", "Lion", "Çelsi", "Real", "Milan", "Panatinaikos" kimi klublarda çıxış edib. O, 2019-cu ilin yanvarından 2020-ci ilin mayına qədər "Səbail"də oynayıb.

Xəbər xətti