"Leyptsiq" Sörlotun transferini bitirir

15:15 - 12 Sentyabr 2020

Timo Verneri 55 milyon avroya "Çelsi"yə satan "Leyptsiq" "Trabzonspor"un hücumçusu Aleksandr Sörlotu transfer etməyə yaxındır.

 

Sportal.az xəbər verir ki, Türkiyə klubu Bundesliqa təmsilçisindən 24 yaşlı hücumçunun keçidi üçün rəsmi təklif aldığını bəyan edib: "Futbolçumuz Aleksandr Sörlot üçün "Leyptsiq"dən təklif almışıq. Rəhbərlik klubumuzun mənfəətlərini nəzərə alaraq, bu təklifi dəyərləndirir".

 

Məlumata görə, "öküzlər" "bordo-mavilər"ə 20+4 milyon avro təklif göndərib. "Trabzonspor"un bu məbləği bir qədər artırıb, Sörlotu satacağı gözlənilir.

 

Norveçli futbolçu ötən mövsüm 22 qolla Türkiyə Super Liqasının bombardiri olub.

Xəbər xətti