"Leyptsiq" "Trabzonspor"un hücumçusu Aleksandr Sörlotu transfer etməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Trabzonspor" 24 yaşlı hücumçunun icarə müqaviləsini ləğv etmək üçün onun məxsus olduğu "Kristal Pelas"la anlaşıb.
Bundesliqa təmsilçisi norveçli futbolçunun keçidi üçün tələb edilən 30 milyon avronu ödəməyə razılaşıb. Bu məbləğ "Kristal Pelas"la "Trabzonspor" arasında yarıya bölünəcək.
"Bordo-mavilər" Norveç millisinin üzvünü 2019-cu ilin yayında 6 milyon avroluq satın alma şərti ilə icarəyə götürüb. Şərtə uyğun olaraq, Sörlot bu mövsüm rəsmi oyunların 50 faizində meydana çıxsaydı, Trabzon təmsilçisi onu mütləq almalı idi.
Norveçli futbolçu ötən mövsüm 22 qolla Türkiyə Super Liqasının bombardiri olub.
saytlarin hazirlanmasi