"Leyptsiq" İngiltərənin "Kristal Pelas" klubunun hücumçusu Aleksandr Sörlotu transfer edib.
Sportal.az xəbər verir ki, 24 yaşlı hücumçu tibbi müayinədən keçmək üçün Leyptsiqə yollanıb. Bu keçid Almaniya klubuna 20+2 milyon avroya başa gəlib. Transfer məbləği norveçli futbolçunun ötən mövsüm icarə əsasında çıxış etdiyi "Trabzonspor"la "Kristal Pelas" arasında yarıya bölünüb.
"Trabzonspor" Norveç millisinin üzvünü 2019-cu ilin yayında 6 milyon avroluq satın alma şərti ilə 2 illik icarəyə götürmüşdü. Müqavilənin şərti Sörlot bu mövsüm Trabzon təmsilçisində rəsmi oyunların 50 faizində iştirak edəcəyi halda qüvvəyə minəcəkdi. "Bordo-mavililər" müqaviləyə xitam vermək üçün transfer məbləğinin yarısını istəyib və London klubu ilə razılaşıb.
Hücumçu ötən mövsüm 22 qolla Türkiyə Super Liqasının bombardiri olub.
saytlarin hazirlanmasi