"Trabzonspor"dan Almaniyanın "Leyptsiq" klubuna transfer olan Aleksandr Sörlot açıqlama verib.
Sportal.az xəbər verir ki, 24 yaşlı norveçli hücumçu Bundesliqa klubuna keçidindən danışıb:
"İlk danışıqlardan sonra "Leyptsiq" üçün oynamaq istədiyimi hiss etdim. Bu komanda ötən mövsüm Bundesliqa və xüsusilə də Çempionlar Liqasındakı çıxışı ilə çox diqqət çəkdi. Yulian Naqelsmannın hücum futbolu tam mənə uyğundur. Bundesliqada mübarizəyə başlamaq üçün gün sayıram".
saytlarin hazirlanmasi