Rusiya Premyer Liqasında 9-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, "Zenit" evdə azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi "Ufa"nı qəbul edib və 6:0 hesablı qələbə qazanıb.
Əliyev oyuna 41-ci dəqiqədə - komandası hesabda 0:2 geridə olarkən daxil olub.
"Zenit" 20 xalla turnir cədvəlinə başçılıq edir. 5 xalı olan "Ufa" 16 komanda arasında 14-cüdür.
"Zenit" - "Ufa" - 6:0
Qollar: Sərdar Azmun, 24, 61, Artem Dzyuba, 32 (pen.), 72, 88, Aleksey Sutormin, 90+2
saytlarin hazirlanmasi