Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv ilk oyununu gələn il martın 23-də səfərdə Portuqaliyaya qarşı keçirəcək. İlk ev matçı isə matçın 30-da Serbiya ilə baş tutacaq.
Yığmamız qrupu Bakıda Lüksemburqa qarşı oyunla başa vuracaq.
DÇ-2022
Seçmə mərhələ
A qrupu
2021-ci il
24 mart
20:45. Portuqaliya – Azərbaycan
27 mart
Qətər – Azərbaycan
30 mart
18:00. Azərbaycan – Serbiya
1 sentyabr
20:45. Lüksemburq – Azərbaycan
4 sentyabr
18:00. İrlandiya – Azərbaycan
7 sentyabr
18:00. Azərbaycan – Portuqaliya
9 oktyabr
18:00. Azərbaycan – İrlandiya
12 oktyabr
20:45. Serbiya – Azərbaycan
11 noyabr
18:00. Azərbaycan – Lüksemburq
14 noyabr
Azərbaycan – Qətər
Qeyd: UEFA son Asiya çempionu Qətər millisini 2022-ci ildə keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə dəvət edib. Qətər millisi A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rəqiblərin səfər məsafəsinin qısa olması üçün Qətər millisinin ev oyunları Avropada keçiriləcək.