Rusiya millisinin sabiq üzvü Aleksandr Səmədov "Lokomotiv"ə qayıdıb.
Sportal.az xəbər verir ki, əslən azərbaycanlı olan keçmiş 36 yaşlı futbolçu klubun gənclər üzrə futbolda seleksioner vəzifəsinə təyin olunub.
Səmədov 2005-2008 və 2012-2016-cı illərdə "Lokomotiv"də oynayıb. Ümumilikdə, klubda 215 matça çıxıb və 37 qol vurub. O, 2019-ci ilin yayında futbolçu karyerasını başa vurub.
saytlarin hazirlanmasi