Rusiya klubu Cenk Tosun üçün hərəkətə keçdi

00:00 - 27 Yanvar 2021

Rusiyanın ÇSKA klubu "Everton"dan ayrılmağa qərar verən Cenk Tosunu transfer etmək üçün hərəkətə keçib.

 

Sportal.az "Championat" nəşrinə istinadla xəbər verir ki, Moskva təmsilçisi İngiltərə klubu ilə danışığa başlayıb. Nəşrin məlumatına görə, bu keçid paytaxt təmsilçisi üçün o qədər də asan olmayacaq.

 

ÇSKA Türkiyə millisinin üzvünü satın almaq şərti ilə icarəyə götürmək fikrindədir. Komandada oynamaq fürsəti az qazanan forvard ayrılmaq qərarı verib. Lakin onun Rusiya klubuna keçib-keçməyəcəyi dəqiq bilinmir.

 

Karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyən futbolçuya Almaniya Bundesliqasından da təklif var.

 

"Everton" 29 yaşlı futbolçunu 2018-ci ildə "Beşiktaş"dan 22,5 milyon avroya transfer edib. O, bu mövsüm keçirdiyi 7 oyunda 1 qol vurub.

Xəbər xətti