Klublararası dünya çempionatında 2-ci finalçı müəyyənləşib.
Sportal.az xəbər verir ki, son yarımfinal oyununda Misirin "Əl-Əhli" klubu ilə Almaniya təmsilçisi "Bayern" üz-üzə gəlib.
Əl-Rayan şəhərindəki "Əhməd bin Əli" stadionunda təşkil olunan matç Münhen təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Bayern" finalda Meksikanın "Tiqres" klubu ilə qarşılaşacaq. Oyun fevralın 11-də keçiriləcək.
saytlarin hazirlanmasi