Boatenq "Çelsi" ilə anlaşdı

14:06 - 9 Fevral 2021

Mövsümün sonunda "Bayern"lə müqaviləsi sona çatacaq Jerom Boatenqin yeni klubu müəyyənləşib.

 

Sportal.az "Bild"ə istinadla xəbər verir ki, Almaniya millisinin keçmiş üzvü "Çelsi" ilə razılığa gəlib. O, yeni mövsümdən London klubunda çıxış edəcək.

 

Münhen təmsilçisi Qana əsilli futbolçunu 2011-ci ildə "Mançester Siti"dən 13 milyon avroya transfer edib. 32 yaşlı futbolçu bu mövsüm keçirdiyi 23 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Xəbər xətti