Qətərdə keçirilən klublararası dünya çempionatına yekun vurulub.
Sportal.az xəbər verir ki, finalda Almaniyanın "Bayern" və Meksikanın "Tiqres" komandaları üz-üzə gəlib. "Edukeyşn Siti" stadionunda baş tutan qarşılaşma Münhen klubunun minimal hesablı qələbəsi ilə başa çatıb.
Avropa təmsilçisi tarixində 2-ci dəfə dünya çempionluğunu qazanıb.
Braziliya "Palmeyras"ını məğlub edən Misirin "Əl-Əhli" klubu turnirin bürünc medallarına sahib çıxıb.
"Bayern" - "Tiqres" - 1:0
Qol: Benjamin Pavar, 61
saytlarin hazirlanmasi