"Bayern" "Leyptsiq"in müdafiəçisi Dayot Upamekanonu transfer edib.
Sportal.az "Bild"ə istinadla xəbər verir ki, 22 yaşlı müdafiəçi Münhen təmsilçisi ilə razılığa gəlib. "Bayern"in idman direktoru Həsən Salihamdziç bu keçidi təsdiq edib.
Almaniya çempionu bu keçid üçün 42,5 milyon avro təzminat ödəməyi qəbul edib.
"Valensyen"in yetirməsi 2017-ci ildə "Zalsburq"dan "Leyptsiq"ə 10 milyon avroya transfer olub. Fransalı futbolçu bu mövsüm keçirdiyi 26 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi