Super Liqanın bombardiri Rusiya klubunda

09:48 - 24 Fevral 2021

Rusiyanın "Krasnodar" klubu "Hatayspor"un hücumçusu Aaron Bupendzanın transferini tamamlayıb.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa klubu qabonlu futbolçunun keçidi üçün Türkiyə təmsilçisinə 8 milyon avro təzminat və növbəti satışdan 20 faiz pay ödəməyə razılaşıb.

 

24 yaşlı forvard 2020-ci ilin yayında Fransa "Bordo"sundan "Hatayspor"a azad agent statusu ilə keçib. Bupendza Super Liqada keçirdiyi 23 oyunda 18 qol vurub və çempionatın bombardiridir.

Xəbər xətti