“Bayern”in yarımmüdafiəçisi Camal Musiala milli komanda seçimini edib.
Sportal.az " Bild"ə istinadla xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi Almaniya yığmasında oynamaq fikrindədir.
Musialanın Almaniya və İngiltərə vətəndaşlığı var. O, daha əvvəl İngiltərənin U-21 millisində çıxış edib. Ştutqartda doğulan gənc oyunçunun atası nigeriyalı, anası isə almaniyalıdır.
Musiala bu mövsüm Münhen klubunda keçirdiyi 27 oyunda 4 qol vurub.
saytlarin hazirlanmasi