Səlahət Ağayev "Zirə" yolunda?

Xeyli müddətdi zədədən əziyyət Səlahət Ağayev böyük ölçüdə “Neftçi”də əsas heyətdəki yerini itirib. Bir tərəfdən onun “Zirə” ilə kubok oyununda elədiyi kritik səhv, digər tərəfdən Aqil Məmmədovun bu mövsüm inamlı çıxışı nəticəsində Səlahət ehtiyat qapıçıya çevrilib. 

 

Yəqin bu səbəbdəndir ki, “Neftçi” anlaşması mövsümün sonunda bitən təcrübəli qapıçıya yeni müqavilə təklif etməyib. Belə görünür ki, Ağayev özü də “Neftçi”də qalmaqda həvəsli deyil. Bu o deməkdir ki, ayrılıq uzaqda deyil.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, Premyer Liqamızın iki klubu Səlahətin xidmətində maraqlıdır və onun keçidini həll etmək istəyir. Millimizin qapıçısı “Zirə” və “Sabah” klublarının maraq dairəsinə düşüb. Hər iki klubda əsas qapıçı əcnəbi olduğu üçün Səlahət həm “Zirə”, həm də “Sabah” üçün yaxşı variantdı.

 

“Zirə”nin bu mövsüm liderlər qrupunda yer alması, bu komandanı futbolçular arasında böyük nüfuza sahib olan Rəşad Sadıqovun çalışdırması səbəbindən Səlahətin məhz “Zirə”nin xeyrinə seçim edəcəyi daha real görünür. Lakin transferin reallaşması üçün maliyyə şərtləri də əhəmiyyətlidir.    

Tarix: 1 Mart [12:21]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 May 2021
15  May 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio